Parlament seçkilərinə kim necə rəy verdi?  – Nəsimi Məmmədli Çətin sualda

Parlament seçkilərinə kim necə rəy verdi? – Nəsimi Məmmədli Çətin sualda

Turan İnformasiya Agentliyi

2 месяца назад

975 Просмотров

Parlament seçkilərinə kim necə rəy verdi? – Nəsimi Məmmədli Çətin sualda

“Çətin sual” Kamran Mahmudovla № 790

Azərbaycanda növbədənkənar parlament seçkiləri seçicilərə siyasi alternativlər təklif etməyib və əsas azadlıqların və kütləvi informasiya vasitələrinin həddən artıq məhdudlaşdırılması ilə keçirilib. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu və ATƏT Parlament Assambleyası beynəlxalq müşahidəçilərinin sentyabrın 1-də Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin yekunlarına dair birgə bəyanatında deyilir.
Seçki Müşahidə Alyansı da seçkilərin demokratik keçirilmədiyini qeyd edib. Seçki Müşahidə Alyansı hesab edir ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkiləri ciddi pozuntularla müşahidə edildiyindən prosesin demokratik legitimliyinə ciddi zərbə vurub.
Demokratik Qüvvələrin Milli Şurası sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərilə bağlı beynəlxalq birliyə müraciət edərək seçkinin nəticələrini tanımamağa çağırıb.
Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahı sentyabrın 1-də Milli Məclisə keçirilən növbədənkənar seçkilərlə bağlı ilkin rəyini açıqlayıb. Müsavat Partiyası azad və ədalətli seçkilərin keçirilməsi üçün demokratik mühitin olmadığını qeyd edib.

Siyasi şərhçi Nəsimi Məmmədli bu barədə danışır.

WebSite: http://www.turan.az
Facebook: https://www.facebook.com/turanagency
Telegram: https://t.me/turanagency
Ссылки и html тэги не поддерживаются


Комментарии: