Azərbaycan “Henley & Partners Visa Restrictions Index” də 76-cı yerdə qərarlaşıb və ölkə vətəndaşları dünyanın 70 ölkəsinə vizasız gedə bilərlər.Bu barədə qurumun 2023-cü ilin birinci rübünə dair hesabatına istinadən xəbər veririk. Xatırladaq ki, 2022-ci ildə Azərbaycan bu reytinqdə 78-ci yerdə qərarlaşmışdı. Bu isə, ötən illə müqayisədə bir ölkə çoxdur. Reytinqdə ilk sıranı 193 ölkəyə vizasız getmək hüququ verən Yaponiya pasportu tutur. Sonrakı yerlərdə Sinqapur və Cənubi Koreya qərarlaşıb.