Mədəniyyət və Turizm Nazirliyi 10 yaşını qeyd edir

Mədəniyyət və Turizm Nazirliyi 10 yaşını qeyd edir

CBC TV Azerbaijan

8 лет назад

423 Просмотров

Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 10 illik yubileyinə həsr olunan tədbir keçirilib. Nazir Əbülfəs Qarayev bildirib ki, ölkədə mədəniyyətin təbliği və inkişafına böyük diqqət yetirilir. Son 10 ildə bu istiqamətdə 500 fərman və sərəncam imzalanıb, bir sıra dövlət proqramı qəbul edilib. Ötən dövr ərzində 836 mədəniyyət və incəsənət xadiminə təltif və mükafatlar təqdim olunub.

Turizm sahəsində görülən işlərə nəzər salan nazir vurğulayıb ki, bu sahənin inkişafı nəticəsində ölkəyə 2,5 milyon turist gəlib. 2005-ci ildən indiyədək ölkədəki mehmanxanaların sayı 262-dən 535-ə çatıb. Qusarda “Şahdağ” Turizm Mərkəzi, Qəbələdə “Tufandağ” qış-yay turizm kompleksinin yaradılması ölkədə turizmin mövsümiliyinin aradan qalxmasına səbəb olub. Əbülfəs Qarayev bildirib ki, Bakıda növbəti xalça simpoziumunun keçirilməsi planlaşdırılır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev: "Bakıda növbəti xalça simpoziumun keçirilməsinə hazırlaşırıq. Müvafiq təşkilatlar var, amma burda mən sahibkarlara üzümü tuturam. Çünki bu çağırış dövlət tərəfindən olmamalıdı. Bu yeni bir biznes fəaliyyəti olmalıdır. O insanlar Azərbaycana xalçaçılığın yaşaması ilə yanaşı, özünə imkanları vəsaiti əldə etmək üçün yeni iş yerlərinin açılması üçün çalışmalıdır".

Prezident İlham Əliyevin sərəncamına əsasən, 10 illik yubiley münasibətilə nazirliyin bir qrup əməkdaşına orden, medal və fəxri adlar verilib. Tədbirdə nazirliyin 10 illik fəaliyyətini əks etdirən kataloq təqdim edilib. Sonra fəal əməkdaşlığa görə mədəniyyət sahəsini işıqlandıran jurnalistlər mükafatlandırılıb. Mədəniyyət və Turizm nazirliyi Azərbaycan mədəniyyətinin təbliğində CBC telekanalının fəaliyyətini yüksək qiymətləndirib.
Ссылки и html тэги не поддерживаются


Комментарии: