Bakı Bərpa Mərkəzinin yaradılmasının əsas məqsədlərindən biri reabilitasiyaya ehtiyacı olan vətəndaşlarımıza xüsusi qayğı və diqqət göstərməkdir. Mərkəzimiz bununla yanaşı kosmetologiya, nevrologiya, dietologiya, andrologiya, ginekologiya və bu kimi digər sahələrdə də peşakar şəkildə ixtisaslaşmışdır. Avropa, Türkiyə və Rusiyada təhsil almış yerli və xarici həkimlərimiz ilə yanaşı, işlərində peşakar olan səmimi komandamız da vizionumuzun uğurlu şəkildə formalaşmasında böyük rol oynayır.
Həkimlərimizin; ortopedi, travmatoloji və onurğa uzmanı Dr.Kamil Eyvazov, psixiatr Dr.Əziz Mustafayev, endokrinoloq-dietoloq Dr.Safura Mahmudova, kosmetoloq Dr.Səkinə Rəifli, fizioterapevt-reabilitoloq Dr.Bənövşə Abdullayeva, nevroloq Dr.Mərziyyə Məmmədova, fizioterapevt-reabilitoloq Dr.Musa Kılıç müalicə proqramlarımızı hazırlanma prinsipi, olunan hər bir müraciətə həssaslıqla yanaşıb düzgün qərarlar verməyə əsaslanır.
Xroniki xəstəliklərdən əziyyət çəkən xəstələrimiz üçün Mərkəzimizdə 20 yataq otağı mövcuddur. Bununla yanaşı, xəstələrimizin rifahı üçün xüsusi terapiya üsulları tətbiq olunur ki, bunlara dalğa terapiyası, elektroterapiya, maqnitoterapiya, qəfəs-blok terapiyası, bobat terapiyası, su terapiyası və s. aiddir.
Məqsədimiz xalqımızı yüksək keyfiyyətli, həmçinin beynəlxalq standartlara cavab verən tibbi xidmətlər ilə təmin etməkdir. Vətəndaşlarımız reabilitasiya xidmətləri üçün xarici ölkələrə deyil, məhz öz ölkələrinə müraciət etsinlər.
Тэги:
#Fizioterapiya #Skolioz #ezeleagrilari #onurgaagrilari #ciyinagrilari #ortoped #travmatoloq #psixologiya #fizioterapevt #reabilitasiya #reabilitoloq #travmotoloq #travmatologiya #ortopediya #onurga #evdetibbixidmet #bbm #bakiberpamerkezi